PDF Oxu

Siyasət

  • 49

Politoloq: “300-ə yaxın nümayəndənin iştirakı müsbət haldır”

Politoloq: “300-ə yaxın nümayəndənin iştirakı müsbət haldır”

"Bu, Azərbaycanda keçirilən IV Forumdur. I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu da 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılarda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı Azərbaycanın dünyadakı nüfuzna müsbət təsir göstərən amillərdəndir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, bundan başqa, Avropa İttifaqı, Almaniya, Avstriya, Argentina, İtaliya, İsrail, Niderland, Norveç, İsveçrə, İspaniya və Bolqarıstanın da tanınmış simalarının iştirakı bu gün dünyada baş verən proseslərin kontekstində Azərbaycan reallığının göstərilməsi üçün çox vacib məsələdir: "Eyni zamanda Bakı Forumunda 300-ə yaxın nümayəndənin iştirakı müsbət haldır. Bu gün dünyada dini və etnik zəmində baş verən qanunsuzluqlara qarşı çoxsaylı dövlətin nümayəndələrinin məhz Bakıda bir araya gəlməsi də çox müsbət haldır və təbii ki, bununla bağlı müvafiq sənəd imzalanacaq. Bundan başqa, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlərin də müzakirəsi gözlənir".A.Nağıyev əlavə edib ki, belə Forumun əsas məqsədi, təbii ki, Azərbaycanın dünyada imici deməkdir: "Məlumdur ki, 2016-cı il "Multikulturalizm" ilidir, tolerantlıq ilidir. Bu bir çox dini icmanın bir dövlətdə sülh şəraitində yaşaması deməkdir. Məhz Dağlıq Qarabağ münaqişəsinin də bu kontekstdə həllinin mümkünlüyünü dünyaya bəyan etmək vacibdir. Bundan başqa, dinlərarası dialoq yolu ilə radikallaşmaya və ekstremizmə qarşı yeni və effektiv həll yollarının tapılması istiqamətində də Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu dünyaya bildirmək üçün bir fürsətdir. Bütün bunların isə əsas meyarı insanların rifahıdır".

sia.az

Digər xəbərlər