"IV Qlobal Bakı Forumu Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin daha da inkişaf etməsi üçün bir fürsətdir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, forum ən azı münaqişələrin mahiyyətini anlamaq üçün məlumatları əldə etmək üçün bir imkandır: "IV Qlobal Bakı Forumu Azərbaycanın dünyada tanıdılması, ölkəmizin strateji inkişafının hansı istiqamətdə olduğunu nümayiş etdirmək üçün gözəl imkanlar yaradır. Bundan başqa dünyanın tanınmış liderləri, elm adamları Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxında tanış olmaq imkanı qazanırlar".A. Mollazadə söyləyib ki, forumda dünyanın çox ciddi problemləri, eləcə də həmin problemlərin həllinə töhfə verə bilən dəyərlər müzakirə olunur: " Forumda müzakirə olunan mövzular həm region, həm də dünya ölkələri üçün vacibdir. Son dövrlər regionda baş verənlər bütün ölkələrə təsirsiz ötüşmür. Bunu nəzərə alsaq, forumda iştirak edən ölkələrin hər biri bu problemlərin tezliklə həll edilməsində maraqlıdır. Bu baxımdan da Azərbaycanda keçirilən forum böyük əhəmiyyət kəsb edir". Azərbaycanın tərəfdaşlıq strategiyası irəli sürdüyünü və bu istiqamətdə müsbət fəaliyyət göstərdiyini dilə gətirən millət vəkili qeyd edib ki, forumda iştirak edənlərin əksəriyyəti məhz Azərbaycanla tərəfdaşlıq dostluq və əməkdaşlığı yüksək qiymətləndirərək Bakıya gəliblər: "Ümidvaram ki, belə forumların keçirilməsi Azərbaycanın dostlarını artıracaq".
sia.az