PDF Oxu

Siyasət

  • 61

"Forum Ermənistanın işğalçı dövlət kimi tanıdılması üçün böyük imkandır" AÇIQLAMA

"Forum Ermənistanın işğalçı dövlət kimi tanıdılması üçün böyük imkandır" AÇIQLAMA

"Dünyada brendə çevrilən qlobal forumların Azərbaycanda ənənə halı alması sevindirici haldır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Şahin İsmayılov deyib.Millət vəkili bildirib ki, beynəlxalq sülh brendinə çevrilən IV Qlobal Bakı Forumuna Azərbaycanın ev sahibliyi etməsi böyük tarixi hadisədir: "Azərbaycan siyasi sabitliyinə, iqtisadi göstəricilərinə görə Cənubi Qafqazın lideridir. Belə forumların ölkəmizdə ənənə halını alması Azərbaycanın beynəlxalq gücünün göstəricisidir. Forumda bəzi ölkələrin hazırkı prezidentləri, sabiq prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, dünya əhəmiyyətli siyasətçilər iştirak edir. Azərbaycan vətəndaşı olaraq ölkəmizin belə mötəbər tədbirlərə ev sahibliyi etməsindən qürur duyuruq".Onun sözlərinə görə, Forum Ermənistanın işğalçı dövlət kimi tanınması baxımından olduqca önəmli imkandır: "Forumun açılışında cənab Prezident İlham Əliyev geniş nitq söylədi. Forumun əhəmiyyətinə toxunan cənab İlham Əliyev dünyanın hazırda üzləşdiyi problemlərin təhlilini verdi. Ölkə başçımız geniş nitqində erməni terrorizminə də toxundu. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bu forumun rolu böyükdür".Dünyadakı kataklizmlərə baxmayaraq Azərbaycan sülh mərkəzi kimi özünü təsdiq etdiyini deyən Şahin İsmayılov Forumda iştirak edən 300-dən çox nümayəndənin ayrı-ayrılıqda böyük nüfuza sahib insanlar olduğunu bildirib: "Həmin insanlar öz ölkələrində, çalışdıqları fəaliyyət sahələrində Azərbaycanın təbliğatçılarına, ölkəmizin inkişafı yolunun çarçılarına çevriləcəklər"."Forum ölkəmizin təbliğatı, dünyadakı proseslərin təhlili, Azərbaycanın sülh mərkəzi kimi dünyada tanıdılması, erməni terrorunun, Ermənistanın işğalçılılıq siyasətinin daha geniş kütləyə çatdırılması baxımından olduqca əhəmiyyətlidir".

sia.az

Digər xəbərlər