"Ankara terroru ilə bağlı mühüm dəlillər əldə olunub, amma bunun konkret hansı terror təşkilatı tərəfindən törədildiyi istintaq başa çatdıqda açıqlanacaq". SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bəyan edib.Nazirin sözlərinə görə, istintaq işi bu gün başa çatacaq və terroru törədənlərin adları açıqlanacaq: "Bu terror hücumunu lənətləyirik. Bunu edənlərin heç vaxt məqsədlərinə çata bilməyəcəklərini təkrar edirik. Bu millət çox problemlərin öhdəsindən gəlib. Bu cür hücumlar millətin əzm və dözümünü heç vaxt azaltmayacaq!".Xatırladaq ki, ötən gün Ankaranın Kızılay meydanında terror aktının törədilməsi nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.
sia.az