Türkiyədə qarışıqlıq yaratmaq bir çox qurumlara, o cümlədən PKK-ya və onun havadarlarına, maraqlı dövlətlərin xüsusi xidmət orqanlarına sərf edir". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Türkiyənin paytaxtı Ankarada törədilən ikinci terror aktı barədə şərh verərkən deyib.Politoloq bildirib ki, Ankara terroru təsadüf olmaya da bilər: "Son bir ayda ikinci terror aktıdır ki, Ankaranın mərkəzində, dövlət qurumlarının idarələri yerləşən ərazidə törədilir. İkinci terror hadisəsində də dəst-xətt eynidir yəni, avtomobili insanlarla dolu olan avtobusa çırpmaq vasitəsilə törədilib".Onun sözlərinə görə, Türkiyə bu gün ağır siyasi dövr yaşayır: "Rusiya ilə gərginlik pik nöqtəsinə çatıb.Suriya ilə həmsərhəd ərazilərdə terror təşkilatları ilə mübarizə davam edir. Diyarbəkirdə PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparılır. Avropa İttifaqı ilə miqrant məsələlərinin həlli məhz Türkiyəyə həvalə edilib və bunun müqabilində külli miqdarda vəsaitin ayrılmasından söhbət gedir. Yəni, bütün bu faktorlara nəzər salanda görünür ki, terrorun Türkiyədə törədilməsində maraqlı olan qüvvələr kifayət qədərdir".Arzu Nağıyev onu da qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə planlaşdırılan ilk səfər tarixindən 26 gün keçib: "Bu səfər zamanı Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçi olması məsələsinin müzakirəsi də istisna deyildi. Bunun reallaşmasını istəməyən qüvvələr var. Terrorun törədilməsiylə bağlı ilkin versiyalar bir sıra maraqlı dövlətlərin xüsusi xidmət orqanları və təbii ki, PKK və onun qanadlarının təqsirkar olduğunu göstərir".
sia.az