PDF Oxu

Siyasət

  • 46

Ekspert: “Ankara terroru Türkiyəyə ünvanlanan növbəti mesajdır” MÜNASİBƏT

Ekspert: “Ankara terroru Türkiyəyə ünvanlanan növbəti mesajdır” MÜNASİBƏT

"Bütün türk dünyası Türkiyənin yanında olmalı, terrorla mübarizədə birgə fəaliyyət göstərməlidirlər". Bu fikirləri SİA-ya ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev Ankarada törədilən terror aktına münasibət bildirərək deyib.Onun sözlərinə görə, son 3 ayda Türkiyədə bir neçə terror hadisəsinin törədilməsi Türkiyə hökümətinə növbəti mesaj kimi dəyərləndirilməlidir: "Vəziyyət olduqca ciddidir. Türkiyə coğrafi baxımdan olduqca qaynar bir nöqtədə yerləşir. Ətrafında olan əksər qonşu dövlətlər qaynar müharibə ocaqlarıdır. Bu mənada terrorla mübarizədə Türkiyə höküməti daha çox güc ortaya qoymaq məcburiyyətindədir. Hesab edirəm ki, birgə strateji təhlükəsizlik addımlarının atılmasının tam zamanıdır".

sia.az

Digər xəbərlər