PDF Oxu

Siyasət

  • 52

Hikmət Babaoğlu: “Türkiyə öz milli maraqlarını qorumağa çalışır” AÇIQLAMA

Hikmət Babaoğlu: “Türkiyə öz milli maraqlarını qorumağa çalışır” AÇIQLAMA

"Ankarada baş vermiş terror hadisəsi Turkiyənin milli-siyasi iradəsinə təzyiqetmə cəhdi kimi qiymətləndirilə bilər. Hazırki mərhələdə Türkiyənin də daxil olduğu Yaxın Şərq regionunda dünyanın gələcək siyasi -iqtisadi tarazlığını müəyyən edəcək güc mərkəzlərinin maraqlarının toqquşması baş verir. Çünki region həm geostrateji, həm də karbohidrogen ehtiyatları baxımından olduqca əhəmiyyətli bir coğrafiyadır. Üstəlik Cənubi -Şərqi Asiyaya gedən tranzit yolun əsas marşurutudur". BunuSİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, nəzərə alsaq ki, yeni əsrin ən mühüm neft bazarı gələcəkdə məhz bu region olacaq, o zaman imperialist mərkəzlərin belə böyük resurslar və bazar uğrunda mübarizəsini daha yaxşı başa düşərik: "Belə mürəkkəb şəraitdə Türkiyə öz milli maraqlarını qorumağa çalışır. İmperialist mərkəzlər isə bunu qəbul etmək istəmirlər. Onların istəyi Türkiyənin yalnız imperialistlərin müəyyənləşdirdiyi çərçivə içərisində fəaliyyət göstərməsidir. Bu isə qardaş ölkənin milli maraqlarını təhdid edir. Elə terrorun kökünü də bax bu qarşıdurmada axtarmaq lazımdır.Terroru kimin törətdiyi məsələsinə gəldikdə isə artıq bu bəllidir.Uzun müddətdir ki, Qərb və digər imperialist mərkəzlər Türkiyənin içərisində onu zəiflətmək üçün xeyli sayda müxtəlif terror qruplaşmaları yaradırlar".H.Babaoğlu əlavə edib ki, bu qrublaşmaları yaradan və idarə edənlərin arasında hətta Türkiyənin də üzvü olduğu məlum hərbi blokun üzvləri də var: "Yaxın günlərdə Suriya üzrə danışıqların yeni mərhələsi bşlayacaq və eyni zamanda Turkiyə güc strukturları anadolunun Cənubi-Şərqində terrora qarşı çox genişmiqyaslı əməliyyatlar həyata keçirməyə hazırlaşır. Türkiyə bu vasitə ilə Suriya üzrə danışıqlara daha güclü şəkildə qatılmaq istəyir, rəqibləri isə terror törətməklə onun əlini zəiflətməyə çalışırlar. Bunun üçün də terrordan dinc əhaliyə qarşı bir vasitə kimi istifadə edirlər. Bu qətiyyən yolverilməzdir və olduqca antihumanistdir. Ancaq inanırıq ki, belə qurşaqdan aşağı zərbələrlə Türkiyəni zəiflətmək mümkün olmayacaq".

sia.az

Digər xəbərlər