PDF Oxu

Siyasət

  • 46

Millət vəkili: “Təkqütblü dünya sona çatır” AÇIQLAMA

Millət vəkili: “Təkqütblü dünya sona çatır” AÇIQLAMA

"Bəzi dövlətlər Azərbaycan və Türkiyənin regionda güclü olmasını istəmirlər. Hər iki ölkənin yerləşdiyi region strateji resurslara malikdir". Bunu SİA-ya Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, proseslərdən güclü çıxmaq üçün bütün mümkün, diplomatik, hərbi və qeyri-hərbi vasitələrdən istifadə etmək lazımdır: "Əgər regionda bir güclü dövlət varsa, ikinci güclü dövlətə yer yoxdur. Ona görə də bəzi dövlətlər Azərbaycanı, eləcə də qardaş ölkə olan Türkiyəni zəiflətməklə, güc sahibi olmaq istəyirlər. İndiki mərhələdə yeni dünya sistemi gələcək 50-100 illiyimizi müəyyənləşdirməklə yanaşı, milli dövlətlərin yerini və yolunu da müəyyənləşdirəcək. Cari ilin 10-11 mart tarixlərində ölkəmizdə həyata keçirilən IV Qlobal Bakı Forumunda ana mövzunun çoxqütblü dünya ilə bağlı olması təsadüfi deyildi".H. Babaoğlu söyləyib ki, təkqütblü dünyanın sonu yaxınlaşır: "Tək siyasi və dini ideoloji iradə tərəfindən idarə olunan sistem sona çatır. Amma hələ ki, çoxqütblü dünya da mövcud deyil. Hazırkı mərhələni postmipolyar- yəni tək qütblü mərhələdən sonrakı tarixi mərhələ kimi səciyyələndiririk. Çoxqütblü dünyaya addımda çoxsaylı aktorlar olmalıdır. Ən azı iki və daha çox güc mərkəzləri olmalıdır ki, biz bunu çoxqütblü kimi səciyyələndirək. Çoxqütblü dünyada qütblərdən biri olmaq, milli maraqları təmin edən həmin güc mərkəzini yaratmaq, onunla əməkdaşlıq edib, yanında olmaq strateji əhəmiyyətə malik məsələdir. Bu məsələlər baş verdiyi halda terror hadisələrinin, qarşıdurmaların, təxribatların şahidi olacağıq. Amma hər halda, güclü siyasi iradə hər şeyə qalib gələcək".

sia.az

Digər xəbərlər