"Ermənistanın rəsmi şəxslərinin sərsəm bəyanatları şübhəsiz ki, onların təlaş keçirməsindən irəli gəlir. Bununla belə işğalçı ölkənin prezidenti Serj Sarkisyanın Moskvaya səfəri və orada Rusiya prezidenti Vladimir Putinlə görüşü onların ciddi narahatlığından irəli gəlir". Bunu SİA-ya millət vəkili Bəxtiyar Əliyev deyib.Onun sözlərinə görə, Sarkisyanın Putinə Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyinə görə minnətdarlıq bildirməsi Ermənistan mətbuatında tamamilə başqa cür şərh edilsə də, əsas məqam odur ki, o bir daha Rusiyadan kömək istəyirdi ki, problemin həllində rəsmi İrəvana dəstək versin: "Amma Rusiya burada Ermənistana necə dəstək verə bilər? Çünki rəsmi Moskva artıq özü mövqe bildirib ki, münaqişənin həlli vaxtı artıq yetişib. Beləcə bu, sülh, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ona görə də hesab edirəm ki, Sarkisyanın və yaxud Ermənistan xarici işlər nazirinin sərsəm bəyanatları bir daha onu göstərir ki, beynəlxalq aləmdə Ermənistanın işğalçı mövqeyi açıq-aşkar surətdə bütün dünya tərəfindən qəbul edilir. Amma təəssüflər olsun ki, dünyada baş verən proseslər bu münaqişənin həllini bir qədər də arxa plana atır".B.Əliyev əlavə edib ki, bu gün Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bir sıra dövlət başçılarının, sabiq prezidentlərin, baş nazirlərin bəyanatları, çıxışları Azərbaycan dünyaya yaşanan münaqişələrin həlli yolunun məhz multikulturalizm olduğunu, xalqların birgə yaşayışının sülh şəraitində olmasını göstərdi: "Beləcə Azərbaycan dünyaya bir daha da nümayiş etdirdi ki, dünyada baş verən bütün bu təlatümlərə baxmayaraq, ən sadiq xalqların, dinlərin birgə yaşayını təmin edən bir mədəniyyət modeli ortaya qoyub. Təbii ki, dünya da bunu öyrənməlidir".
sia.az