Milli Məclisdə "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanır. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin dövlət standartları və proqramı" və 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin Nümunəvi Nizamnaməsi" ilə tənzimlənir. Onun sözlərinə görə, yeni qanun layihəsinə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək.
Təhsil haqqında" qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin Təhsil haqqında" qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar – məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb.
"Təhsil haqqında" Qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3, məktəbəhazırlıq dövrü isə 5 yaşdan başlayır. Yeni qanun layihəsinin ərsəyə gəlməsi üçün beynəlxalq təcrübə öyrənilir. Qanun layihəsinin hazırlanması artıq Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az