Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail İbrahimli bir çox hökumət üzvlərini tənqid edib. SİA-nın məlumatına görə, o qeyd edib ki, hökümət üzvləri əhaliyə və deputatlara açıq olmalıdır: "Milli Məclis təkcə qanunverici orqan deyil, həm də ümid qapısıdır. İnsanlar bizə üz tuturlar. El arasında bizə xalq elçiləri deyirlər. Ona görə hökumət nümayəndələrinin telefonları, qapısı, özü bizim üzümüzə açıq olmalıdır".Fəzail İbrahimli çıxışlarını yanlış istiqamətə yozanlara da mesaj göndərib: "Mənim diplomum və mandatım var. Bu mandatı şərəflə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram. Seçicilərimə qarşı da diqqətliyəm."Deputat bildirib ki, bütün məmurlar Prezidentin "Azərbaycanda toxunulmaz insan yoxdur, məmur xalqın xidmətçisidir" çağırışına qoşulmalıdır: "Bu gün dünyadakı geosiyasi vəziyyət bizdən güclü olmağı tələb edir".
sia.az