PDF Oxu

Siyasət

  • 57

Siyavuş Novruzov: "Kənd təsərrüfatı ilə bağlı statistik mərkəz yaradılsın"

Siyavuş Novruzov: "Kənd təsərrüfatı ilə bağlı statistik mərkəz yaradılsın"

"2015-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin fəaliyyətini yüksək qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, 2015-ci ildə hökumətin fəaliyyəti iki - sabitlik və ölkənin özündən asılı olmayan digər səbəblər çərçivəsində baş verən hadisələr iqtiqamətində aparılıb: "Neftin qiyməti aşağı düşməklə yanaşı, bizi əhatə edən dövlətlərlə iri dövlət arasında baş verən gərgin böhran, Azərbaycanın partnyor olduğu ölkələrlə münasibətlərində hər bir ölkənin ölkəmizi öz tərəfinə çəkmək istəyinə baxmayaraq Azərbaycan hökuməti çox fəal olub. Azərbaycan Prezidentinin rəhbərliyi altında stabil, düzgün müstəqil xarici siyasətin qurulması nəticəsində proseslərdə öz mövqeyimizi qoruyub saxladıq. Ötən il Azərbaycanda iki böyük "Bakı 2015" I Avropa Oyunları, eləcə də parlament seçkilərinin keçirilməsi bunu bir daha göstəmiş oldu. Bütün bunlara baxmayaraq, parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsi gülünc hesab olunur. Əgər hökumət bu cür fəaliyyət göstərməsəydi, o zaman sən parlamentə necə seçilə bilərdin?".

S.Novruzov söyləyib ki, 2015-ci ildə Avropa oyunları zamanı Azərbaycana edilən təzyiqlərin nəticəsi, Avropa Parlamentinin ədalətsiz qətnaməsi, ATƏT-İn Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkəmizə qarşı etdiyi təzyiqlər nəticəsində fəaliyyət göstərmək digər dövrlərdən çox-çox fərqli idi: "Azərbaycan hökuməti bu məsələlərdə öz mövqeyini ortaya qoydu. Ermənistan tərəfindən başlanan təxribatlara, ayrı-ayrı dövlətlərin öyrətmələri nəticəsində Azərbaycan daxilində olan separat qüvvələrin hərəkətlərinə baxmayaraq, Azərbaycanda ictima-siyasi sabitlik, iqtisadi inkişaf qoruub saxlandı. Burada məsələləri çox geniş şəkildə, makro və ya mikro iqtisadi sistemdən danışmağa ehtiyac yoxdur. 2015-ci ildə büdcə dolub, insanlar əmək haqlarını, pensiyasını heç bir kəsr olmadan alıb. Tikinti-quruculuq abadlıq işləri davam etdirilib. Burada bəzi məsələr qaldırılıldı. Lakin unutmayaq ki, biz büdcəni müzakirə etmirik, hesabata qiymət veririk".

Millət vəkili çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb: "Bilirsiniz ki, kənd təsərrüfatı sahəsində vergilər götülüb. Lakin emal müəssisələrindən, konserva zavodlarından bu vergilər azad olunmayıb. Rəqabət baxımında bu müəssisələr digər ölkələrlə rəqabətə girə, xarici bazara çıxa bilmir. Nəticədə ölkəyə valyuta gətirmək imkanı olmur. Bu vergilər azad olunarsa düşünürəm ki, kənd təsərrüfatında geniş şərait yaradıla bilər. Əgər konserva zavodunda 500 nəfər çalışırsa, 200 hektari əhatə edən ərazinin hər hektarını əkmək üçün 500 nəfər işləyirsə, bu min adam deməkdir. Əgər regionlarda belə bir məssisələr fəaliyyət göstərərsə, həm minlərlə insanın işlə təmin olunması və həm də gəlir əldə etməsinə imkan yarada bilər.

S.Novruzov kənd təsərrüfatı ilə bağlı statistik, proqnozlaşdırılmış mərkəz yaradılması təklifi ilə çıxış edib.

Ünvanlı sosial yardımla bağlı fikirlərini bildirən millət vəkili söyləyib ki, əhaliyə hər ay pul verməyin heç bir mənası yoxdur: "Ünvanlı sosial yardımla bağlı dünyada mexanizm mövcuddur. Əgər biri dərzidirsə ona dərzi maşını, sağıcıdırsa ona iki inək alıb vermək olar. Ayda 100 manat almaqla, həmin insanlar nə ailəsini saxlaya biləcək, nə də hər hansı peşə ilə məşğul olacaq. Bu sahədə islahatlar gedir, yəqin ki, həmin islahatlarda bu məsələlər öz əksini tapacaq".

sia.az

Digər xəbərlər