PDF Oxu

Siyasət

  • 44

"Səfər dünya tarixinə mərdlik, qardaşlıq və humanizm nümunəsi kimi düşdü” AÇIQLAMA

"Səfər dünya tarixinə mərdlik, qardaşlıq və humanizm nümunəsi kimi düşdü” AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Türkiyəyə səfəri bütün dünyaya sübut etdi ki, ölkəmiz hər zaman Türkiyənin yanındadır və iki ölkə arasında münasibətlər strateji münasibətlərdən də yüksəkdir". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.Millət vəkili bildirib ki, sözügedən səfər dünya siyasəti tarixinə yüksək mərdlik, cəsarət, qardaşlıq və humanizm nümunəsi kimi düşdü: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ötən gün etiraf etdi ki, Ümumilli Lider Heydər Əliyevin uzaqgörən və müdrikcəsinə söylədiyi "bir millət iki dövlət" anlayışının həqiqi mənada öz təsdiqini tapdı. Türkiyə hazırda terrorla üzləşmiş vəziyyətdədir. Qısa müddət ərzində Ankarada ikinci dəfə terror hadisəsi törədilib. Bilirsiniz ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası fevralın 18-də Gəncədə, martın 15-də isə Bakıda baş tutmalı idi. Lakin Ankarada baş verən terror hadisələri səbəbindən Türkiyə prezidentinin Azərbaycana səfəri, eləcə də ölkəmizdə keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası təxirə salındı. Belə olan halda, Azərbaycan Prezidenti əsl cəsarət, qardaşlıq jesti göstərərək "siz gələ bilmirsinizsə, o zaman mən gələrəm" dedi. Türkiyənin ən ağır və çətin günündə Azərbaycan Prezidentinin qardaş ölkəyə nümayəndə heyəti ilə getməsi, orada baş tutan geniş tədbirdə iştirakı, eləcə də iki ölkə arasında qardaşlığın, dostluğun əbədi olacağını ifadə etməsi, Azərbaycan-Türkiyə arasında münasibətlərin hansı səviyyədə olduğunu bütün dünyaya bəyan etmiş oldu. Bundan əlavə, ölkə başçımız bu addımı ilə Azərbaycanın terrora, zorakılığa qarşı olduğunu bütün dünyaya nümayiş etdirdi və bildirdi ki, ölkəmiz bütün münasibətlərin beynəlxalq hüquq çərçivəsində aydınlaşdırılması və həll olunmasının tərəfdarıdır. Bu səfər istər Türkiyə, istər Azərbaycan, istərsə də dünyanın tərəqqipərvər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Sözügedən səfər dünya siyasəti tarixinə yüksək mərdlik, cəsarət, qardaşlıq və humanizm nümunəsi kimi düşdü".

sia.az

Digər xəbərlər