"Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsi mühüm addım idi". BunuSİA-ya millət vəkili Kamilə Əliyeva deyib.K. Əliyevanın sözlərinə görə, ölkə başçımızın səfəri Azərbaycanın hər zaman, hətta ən acı zamanında Türkiyənin yanında olduğunu, iki ölkə arasında möhkəm sarsılmaz dostluğun mövcudluğunu sübut etdi: "Bilirsiniz ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Azərbaycanda keçirilməli idi. Lakin Ankarada bir ay ərzində 2 terror hadisəsinin baş verməsi nəticəsində tədbir təxirə salındı və qardaş ölkənin prezidenti Azərbaycana gələ bilmədi. Belə olan halda Azərbaycan Prezidenti türkiyəli həmkarına jest edərək qardaş ölkəyə səfər etdi".Millət vəkilinin sözlərinə görə, bu cür humanist addım yalnız Azərbaycan Prezidenti tərəfindən atıla bilərdi: "Azərbaycan Prezidentinin bu addımı gözlənilən idi. Çünki, bu cür humanist addım yalnız ölkə başçımız tərəfindən atıla bilərdi.Türkiyənin mövcud olduğu ağır vəziyyətində dövlət başçımızın qardaş ölkəyə səfəri hər iki ölkə tərəfindən çox müsbət qarşılandı. Türkiyə bizim üçün qonşu ölkə olmaqla yanaşı, həm də dost, qardaş ölkədir. Azərbaycan Prezidentinin atdığı adımı da məhz qardaş-qardaşa ata bilərdi. Bununla da sübut olundu ki, Azərbaycan-Türkiyə əlaqələri möhkəmdir və buna heç kim mane ola bilməz".
sia.az