PDF Oxu

Siyasət

  • 36

Deputat: “Azərbaycan əsassız hücumlara layiqincə cavab verib” AÇIQLAMA

Deputat: “Azərbaycan əsassız hücumlara layiqincə cavab verib” AÇIQLAMA

"Ankarada törədilən qanlı terror hadisəsindən dərhal sonra Prezident İlham Əliyevin qardaş Türkiyəyə səfər etməsinin dərin mənası var. Hər şeydən əvvəl, dövlət başçımız bir daha göstərdi ki, dövlətimiz, millətimiz ağır, kədərli günlərində qardaş türk millətinin və Türkiyənin yanındadır, onların acısını bölüşür, kədərlərinə şərik çıxır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, bu səfər digər dövlətlərə də bir işarə oldu: "Prezident İlham Əliyev davranışı və sözləri ilə terroru pislədi, yaxşı və pis terrorçunun olmadığını göstərdi. Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyib, ona qarşı edilən əsassız hücumlara layiqincə cavab verib".Deputat əlavə edib ki, Prezident İlham Əliyev dünyada çox təhlükəli proseslərin getdiyini birmənalı olaraq bildirdi, terroru islam dini ilə əlaqələndirməyin səhv olduğunu, harada müsəlman varsa, terrorçu axtarmağın dövlətlər və xalqlararası münasibətlərə ziyan vurduğunu xüsusi vurğuladı: "Bəzi ölkələr islamafobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıblar. Belə yanaşma tamamilə yanlışdır. Çünki islam sülh, birgə yaşayış dinidir. İslamı terrorla eyniləşdirmək konkret məqsədlər üçün edilir. Azərbaycan isə dinlərarası, mədəniyyətlərarası dialoq baxımından bir model ölkə halına gəlib".

sia.az

Digər xəbərlər