"Azərbaycan Türkiyə ilə qardaş ölkədir və bizim qardaşlığımızı heç kim sarsıda bilməz". BunuSİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, Azərbaycan və Türkiyə terrora, insanlığa qarşı bütün cinayətlərlə mübarizə aparır: "Bölgədə ən pozitiv, hamının marağına uyğun olan iqtisadi, siyasi, nəqliyyatla bağlı bütün layihələr Azərbaycan və Türkiyə ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin əsas mahiyyəti Türkiyənin ağır günündə yanında olmaq və iki ölkə arasında münasibəti gözəl formada ifadə etməkdən ibarət idi. İki ölkə arasında münasibətlərdə "bir millət iki dövlət" forması bu dəfə də özünü göstərdi"."Bilirsiniz ki, Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirildi və həmin iclas çərçivəsində Azərbaycan-Türkiyə arasında 6 sənəd imzalandı. Bu sənədlər böyük əhəmiyyətə malik idi. Lakin düşünürəm ki, qardaşlıq və iki ölkənin birgə baxışlara malik olmasını dünyaya nümayiş etdirmək sənədlərdən də önəmli idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndirirəm"- deyə, A. Mollazadə əlavə edib.
sia.az