PDF Oxu

Siyasət

  • 56

Azər Həsrət: “Azərbaycan xalqı öz hesabını götürməlidir”AÇIQLAMA

Azər Həsrət: “Azərbaycan xalqı öz hesabını götürməlidir”AÇIQLAMA

"Ümumiyyətlə Novruz elə bir bayramdır burada hər kəs öz yaxınlarına təbrik göndərir. Cəmil Həsənli, Əli Kərimli də daim Azərbaycan əleyhinə təbliğat aparan, ermənilərlə bir sırada addımlayan insanlardır". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Sədrin sözlərinə görə, onlar ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smiti ad günü münasibəti ilə təbrik etməklə bir daha öz mövqelərini müəyyən ediblər: "Əgər bu münasibət cənab Prezident İlham Əliyevin Türkiyəyə çox uğurlu, yadda qalan və diqqət çəkən səfərindən sonra baş verirsə, hər halda bizim xalqımız da ciddi şəkildə düşünməlidir ki, kim-kimdir. Yəni Azərbaycan Prezidenti ölkəmizin strateji maraqlarına uyğun davranır, Türkiyə ilə qardaşlığımızı bir daha təsdiqləyir, türk dünyasına, bütün dünyaya mesaj verir ki, Türkiyə ilə Azərbaycan bu qədər qardaşyana ölkələrdir.Təbii ki, bu da Azərbaycan xalqının ürəyindən xəbər verən bir gediş idi. Belə bir məqamda da adı çəkilən şəxslər də durub daim anti Azərbaycan təbliğatı ilə məşğul olan bir adama xoş sözlər ünvanlayırlar. Əlbəttə ki, Azərbaycan xalqı bundan öz hesabını götürməlidir. Görünür bu adamlar Azərbaycanda hakimiyyətə gəlmək üçün hətta ermənilərlə belə işbirliyininə hazırdırlar ki, ermənilərin dostuna təbriklərini göndərirlər. Bunun başqa adı yoxdur".

sia.az

Digər xəbərlər