PDF Oxu

Siyasət

  • 53

Üzeyir Cəfərov: “Heç kim Azərbaycana yol göstərə bilməz” AÇIQLAMA

Üzeyir Cəfərov: “Heç kim Azərbaycana yol göstərə bilməz” AÇIQLAMA

"Ümumiyyətlə heç kim deyə bilməz ki, son günlər cəbhədə yaşanan gərgin anlar, ermənilərin təxribatçılıq hərəkətləri ucbatından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi aktiv fazaya keçə bilməz". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, bu elə bir məsələdir ki, Azərbaycan kifayət qədər yenə də dözüm və səbr nümayiş etdirir: "Biz öz halal haqqımıza nail olmaq üçün, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək üçün lazım olan istənilən addımı atmaq hüququna malikik və atacayıq. Buna heç kimin şübhəsi qalmamalıdır. Sadəcə olaraq işğalçı ölkəni ram etmək üçün, onu başa salmaqda ötrü beynəlxalq qurumlar yetərincə səy göstərmirlər. Xüsusən ATƏT-in Minsk qrupu olan həmsədr ölkələr (ABŞ, Rusiya, Fransa) indiyədək heç bir uğurlu addım atmayıblar. Təbii ki, bu belə davam edə bilməz. Ona görə də hesab edirəm ki, Azərbaycan artıq öz qətiyyətini daha da artırmalıdır.Biz onsuzda cəbhədə üstünlüyə malikik və vəziyyətə Azərbaycan nəzarət edir. Ölkəmiz mütləq mənada öz ərazi bütövlüyünü bərpa edəcək. Heç kim Azərbaycana yol göstərə bilməz. Azərbaycan beynəlxalq hüquq və normalarına hörmətlə yanaşan ölkə kimi çalışır ki, Ermənistan tezliklə işğal olunmuş ərazilərdən geri çəkilsin və məsələ öz həllini tapsın".

sia.az

Digər xəbərlər