PDF Oxu

Siyasət

  • 42

Aytən Mustafayeva: “Terrorçular öz məqsədlərinə nail ola bilməzlər” AÇIQLAMA

Aytən Mustafayeva: “Terrorçular öz məqsədlərinə nail ola bilməzlər” AÇIQLAMA

"Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi strateji əməkdaşlıqda da maraqlıdırlar. Azərbaycan və Türkiyə iki qardaş dövlətdir". Bunu SİA-ya millət Aytən Mustafayeva cənab Prezidentin Türkiyəyə səfərinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bizlər Türkiyənin Azərbaycanın yanında olmasını, ölkəmizin qardaş ölkə ilə dostluğunu dəfələrlə görmüşük: "Çünki Azərbaycan özünün bütün iri layihələrini Türkiyə ilə birgə aparır. Bu gün bizlər bir-birimizin maraqlarını qoruyuruq və dəstəkləyirik. Biz bilirik ki, həm Türkiyə, həm də Azərbaycan diplomatları, nümayəndəlikləri beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər və maraqlarını müdafiə edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri normal qardaş addımı idi. Çünki iki dəfə yüksək səviyyədə planlaşdırılan görüş terror aktı ucbatından baş tutmadı.Ancaq cənab İlham Əliyev göstərdi ki, terrorçular heç zaman bizim planlarımızı poza bilməzlər. Ara qarışdırmaqla, hədə-qorxu gəlməklə onlar nə Türkiyəni, nə də Azərbaycanı öz yolundan döndərə bilməzlər. Onlar heç zaman öz məqsədlərinə nail ola bilməzlər".

sia.az

Digər xəbərlər