PDF Oxu

Siyasət

  • 48

Roma Papasının Azərbaycana səfəri GÖZLƏNTİLƏR

Roma Papasının Azərbaycana səfəri GÖZLƏNTİLƏR

"Son vaxtlar xristian pravoslav və katolik kilsələrinin rəhbərləri həm dünya səfərinə çıxır, həm də öz aralarında görüşlər keçirirlər. Düşünürəm ki, bu təqdirəlayiq bir haldır". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Roma Papasının Cənubi Qafqaza, o cümlədən də Azərbaycana gözlənilən səfəri barədə danışarkən deyib.Onun sözlərinə görə, Vatikan və Azərbaycan arasında müsbət yaxınlaşmalar mövcuddur: "Azərbaycanın tolerant dövlət olduğunu və 2016-cı ilin də "multikulturalizm ili" elan edildiyini nəzərə alsaq Roma Papasının Azərbaycana səfəri mühüm addımdır. Məqsəd dini konfessiyalar arasında yaxınlaşmaları sürətləndirmək və bu zəmində olan çatışmazlıqları aradan qaldırmaqdır. Yəqin ki, Roma Papasının dövlət başçısı səviyyəsində qəbulu da keçiriləcək. Azərbaycanda olan müxtəlif din xadimləri də görüşlərdə iştirak edəcəklər. Dünyada baş verən münaqişələrin bir çoxunun məhz dini qarşıdurmadan və ya məzhəb ayrılığından yarandığını nəzərə alsaq və dini radikalizmin dövlət və milli təhlükəsizliyə təhdid kimi qəbul edildiyi bir zamanda bu səfərin əhəmiyyəti çox mühümdür".Səfərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı təsirinin olub-olmayacağı məsələsinə də toxunan Arzu Nağıyev bunun inandırıcı olmadığını deyib: "Səfər zamanı Vatikanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və ya münaqişənin dinc yolla həll ediləməsinə dair çağırışları ola bilər. Amma konkret hər hansı irəliləyişə səbəb ola biləcək nəticələrin baş verəcəyini düşünmürəm".

sia.az

Digər xəbərlər