"Prezident İlham Əliyevin Əfv Sərəncamı imzalaması humanizmin, xalq-iqtidar birliyinin ən bariz numunəsi və Cənab Prezidentin vaxtilə dediyi "mən hər bir azərbaycanlının prezidenti olacağam" fikrinin təsdiqidir. Cənab Prezident tərəfindən mütəmadi olaraq Əfv Sərəncamları imzalanır və bununla da ölkəmizdə yüzlərlə, minlərlə insana sevinc bəxş olunur". Bu fikirləriSİA-ya açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib.Dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı ilə bağlı fikirlərini bildirən M.Abbazadə qeyd edib ki, Azərbaycan dünyada ən sivil, demokratik və hüquq prinsiplərinə ən yüksək səviyyədə riayət edən ölkədir: "Biz bunun dəfələrlə şahidi olmuşuq. Araşdırma aparsanız şahidi olacaqsınız ki, heç bir dövlət müstəqilliyi dövründə bu qədər Əfv Sərəncamları ilə tarixə düşməmişdir. Müstəqillik qazandığımız vaxtdan bu günə qədər Azərbaycanda 60-dan çox Əfv Sərəncamı imzalanıb. Bu, kiçik rəqəm deyil. Bu addım həm də dünyaya bir nümunədir. Ölkəmizdə irqindən, dinindən asılı olmayaraq hər kəs azad, təhlükəsiz şəkildə yaşayır. Əfv Sərəncamının bayram ərəfəsində verilməsi azadlığa çıxan insanların ailələri üçün ikiqat sevinc oldu. İstərdim ki, azadlığa çıxanlar bundan sonra cinayət törətməsin, cəmiyyətə, dövlətə sadiq olsun, millətimizə xeyir versinlər".
sia.az