PDF Oxu

Siyasət

  • 73

Dövlətin insan və vətəndaş amilinə göstərdiyi qayğı

Dövlətin insan və vətəndaş amilinə göstərdiyi qayğı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" növbəti Sərəncam imzalayıb

Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanları nəticəsində minlərlə vətəndaşımız azadlığa çıxıb, ailəsinə qovuşub. Əfv Fərmanı həbsxanaya salınaraq, cəzasını çəkən insanların və onların ailələrinin, yaxınlarının və qohumlarının ağrı-acıları, üzləşdikləri problemlərin, sosial müşküllərin böyük qisminə son qoyulması deməkdir.

Dövlət başçısı İlham Əliyev hər zaman qeyd edir ki, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Təbii ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan, dəyərli fürsətdən düzgün nəticə çıxaracaq, təfsilatlı qənaətə gələcək, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edərək qanunlara əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına, ölkənin tərəqqisinə öz töhfələrini verəcəklər.

Ölkə Prezidenti İlham Əliyev martın 17-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" növbəti Sərəncamı imzalayıb. Dövlətimizin başçısı məhkum olunmuş bir sıra şəxslərin, onaların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkillin, insan hüquqlarının müdafiəçisi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə, məhkumların şəxsiyyətini, səhhətini, ailə üzvlərini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq humanizm prinsiplərinə əsaslanaraq imzaladığı Sərəncamla 137 nəfər əfv olunubdur.

Azərbaycan ümumbəşəri humanist dəyərlərin bərqərar olduğu ölkədir

İlk gündən demokratik-hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneələri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətində dayandı. "Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik" söyləyən Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxladı. O bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir.

"Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" söyləyən Prezident İlham Əliyev eyni zamanda, bu fikri önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: "İqtisadi cəhətdən güclü olan bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən."

Dünyada baş verən münaqişələr, maliyyə böhranları bir çox ölkələrə mənfi mənada təsir etdiyi halda, sürətli inkişaf dövrünü yaşayan Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, iqtisadi tərəqqi müşahidə edilir, insanların sosial rifah halı daha da yaxşılaşır. Çünki Azərbaycana Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq, uzaqgörən, praqmatik düşüncəli, ən əsası humanist dövlət başçısı Cənab İlham Əliyev rəhbərlik edir.

Hələ 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə Prezident seçilən möhtərəm İlham Əliyev bəyan etmişdi ki, O, hər bir azərbaycanlının Prezidenti olacaq. O zamandan təxminən 12 il vaxt keçir və dövlətimizin başçısı fəaliyyəti dövründə hər zaman bu vədinə sadiq qalıb. Ölkə başçısı atdığı hər bir addımda Azərbaycan insanını, vətəndaşını düşünüb. Budur humanizm nümunəsi.

Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir

Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Prezident İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, ölkə konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, 17 mart 2016-cı il tarixli Sərəncamı ilə növbəti əfv Sərəncamı, bütövlükdə 137 məhbusa şamil edilmişdir. Sərəncama əsasən 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv fərmanlarının, bir qayda olaraq, mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır. Məhz bu Sərəncam sayəsində bir çox insan Novruz bayramında öz sevdiklərinə qovuşdu, neçə-neçə ailə bayram sevinci yaşadı. Bütün bunlar və digər məqamlar hər bir vətəndaşın Prezidenti olduğunu tam sübuta yetirmiş Cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər