PDF Oxu

Siyasət

  • 68

Azərbaycan Prezidentindən növbəti humanist addım!

Azərbaycan Prezidentindən növbəti humanist addım!

Prezident İlham Əliyevin Sərəncamına əsasən 148 məhkum əfv olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinin əsas götürüldüyü qeyd edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər Sərəncama əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Digər xəbərlər