Milli Məclisin növbəti iclası davam edir. SİA-nın məlumatına görə, "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev qeyd edib ki, Ermənistan atom elektrik stansiyasının tullantılarını işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırır: "Azərbaycanın təkidi ilə ATƏT-in Fakt Araşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silhalı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir".Millət vəkili bildirib ki, Azərbaycan bu Konvensiyaya düzəlişi qəbul etməklə sülhün, sabitliyin tərəfdaşı olduğunu göstərir: "Azərbaycan bölgədəki münqaişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin güc tətbiq edilərsə, cavab verməyə də hazırdır".
sia.az