PDF Oxu

Siyasət

  • 58

Ziyafət Əsgərov: "Konvensiyaya düzəlişlər milli maraqlarımıza uyğundur”

Ziyafət Əsgərov: "Konvensiyaya düzəlişlər milli maraqlarımıza uyğundur”

Xəbər verdiyimiz kimi,Milli Məclisin prlenar iclası öz işinə başlayıb. SİA-nın məlumatrına görə, iclası açan parlamentin sədri Oqtay Əsədov Prezident İlham Əliyevin martın 17-də böyük humanistlik göstərərək imzaladığı Əfv Fərmanına görə Milli Məclis adından dövlət başçısına minnətdarlığını bildirib.Daha sonra "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, sözügedən konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: "Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin föhqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, konvensiyaya düzəlişlər milli maraqlarımıza uyğundur".

sia.az

Digər xəbərlər