PDF Oxu

Siyasət

  • 65

TürkPA müşahidəçiləri Qazaxıstanda

TürkPA müşahidəçiləri Qazaxıstanda

Türkdilli ölkələrin Parlament Assambleyasının müşahidəçilər missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinə (Aşağı Palata) keçiriləcək erkən parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək məqsədilə Astanaya gedib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, missiya Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Nizami Cəfərov, Qırğızıstan Parlamentinin (Joqorku Keneş) üzvü cənab Abilkair Uzakbayev, Türkiyə Böyük Millət Məclisinin üzvü, TürkPA Hüquqi məsələlər və Beynəlxalq əlaqələr Komissiyasının Sədri, eləcə də Türkiyə-Qazaxıstan Parlamentləri Dostluq qrupunun Sədri cənab Haluk İpek və Türkiyə Böyük Millət Məclisinin üzvü Erkan Aydından ibarətdir.18 mart tarixində nümayəndə heyətinin Astanada bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Nümayəndə heyəti Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri cənab K. Turqankulov, Qazaxıstan Parlamenti Senatının Sədr müavini cənab A. Beysenbayev ilə danışıqlar aparacaq, eləcə də Nur Otan və digər siyasi partiyaların qərargahlarını ziyarət edəcək.

sia.az

Digər xəbərlər