"Önümüzdəki günlərdə nüvə təhlükəsizliyi ilə bağlı çox böyük tədbir keçiriləcək. Bu ərəfədə Azərbaycanın "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini qəbul etməsi olduqca önəmlidir". Bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov Milli Məclisin bu keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.Deputat qeyd edib ki, bir zamanlar heç kim fikirləşə bilməzdi ki, Azərbaycan da kosmik sənayə ölkəsi olacaq: "Ancaq bu gün bizim qəbul etdiyimiz qanun layihəsi növbəti mərhələdə Azərbaycanının nüvə ehtiyatlarından, resurlarından geniş məqsədlər üçün istifadə etmək siyasətini də müəyyənləşdirəcək. Ona görə, bu qanun layihəsinin qəbulu çox vacibdir".H.Məmmədov vurğulayıb ki, Ermənistanın istismar müddəti çoxdan sona çatmış atom elektrik stansiyasının tullatılarını sərhədyanı kəndlər vasitəsilə Azərbaycana axıtması və eyni zamada işğal olunmuş ərazilərdə basdırmasını hər zaman aktuallaşdırıb Milli Məclisin və AŞPA-nın diqqət mərkəzində saxlamaq lazımdır: "Ermənistan Azərbaycanla yanaşı, bütün regionda təhlükəsizliyi təhdid edir. Bizim peyklərimiz var. Onlar vasitəsilə basdırılan nüvə tullatılarının yerini müəyyənləşdirib, konkret faktlarla benəlxalq təşkilatların diqqətinə çatdıra bilərik".Millət vəkilinin sözlərinə görə, Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyada bildirilir ki, Azərbaycan sözügedən beynəlxalq sənədə qoşulur, ancaq nəzarəti altına olmayan torpaqlarında bunun yayılması ilə bağlı tədbirlər görüləcək: "Bunun özü də bir daha Azərbaycan torpaqlarının işğal altında olmasını beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırır".Qeyd edək ki, qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
yap.org.az