PDF Oxu

Siyasət

  • 37

Dağlıq Qarabağ münaqişəsi Rusiya-İran münasibətlərindən asılıdır

Dağlıq Qarabağ münaqişəsi Rusiya-İran münasibətlərindən asılıdır

"İranın Azərbaycan arasında imzalanan "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirəcək". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, müqaviləyə əsasən Cəbrayıl, Zəngilan rayonlarında aparılacaq işlərin təhlükəsizliyinə İran cavabdeh olacaq: ""Xudafərin sazişi" Azərbaycan üçün böyük uğurdur. İran artıq bir ildir ki, erməniləri Xudafərinə yaxınlaşmağı qadağan edib. İranda bəzi dindarlar var ki, onlar Azərbaycanı düşmən hesab edirlər, lakin düşünürəm ki, sazişin həyata keçməsinə heç bir şəkildə mane ola bilməyəcəklər. "Xudafərin sazişinin" imzalanması həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də iqtisadi cəhətdən böyük addım idi. Bu, saziş Ermənistana psixoloji təsir edib. Bizim istəyimiz də elə bundan ibarət idi".M. Əhmədoğlu qeyd edib ki, İran atdığı addımdan geri çəkilə bilməz: "İran praktiki addım atıb və geri çəkilə bilməz. Əgər geri çəkilərsə, o zaman İran 1992-ci ilin İranından fərqlənməyəcək. İran inkişaf etdiyini sübut etməli, vasitəçilik missiyasından əl çəkməməlidir. Onun başqa yolu yoxdur. Artıq Rusiya İrana təsir etmək imkanına malik deyil. İranın heç bir beynəlxalq asılılığı yoxdur. İran Azərbaycanla əməkdaşlıq edir. İki ölkə arasında layihələr az xərc aparır, lakin böyük mənfəət gətirir. Belə olan halda, İran Azərbaycanı qoyub, Ermənistanı seçə bilməz. İran Azərbaycanda birgə həyata keçirdiyi layihələrdən külli miqdarda mənfəət əldə edir. İndiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllində ideoloji rəqabət İran-Rusiya arasında gedir. Bu proses Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək".Cari ilin aprel ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər edəcəyini dilə gətirən politoloq söyləyib ki, daha sonra rusiyalı XİN başçısı Ermənistana səfər edəcək: "Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar müsbət xəbərlər eşidəcəyik. Əgər münaqişə həll olarsa, Ermənistanın bütün yalanları ortaya çıxacaq. Ermənistanın iqtisadi vəziyyəti acınacaqlıdır. Onların borcu büdcələrindən 3 dəfə çoxdur. Sonda Ermənistan yalnız borcu-ilə üz-üzə qalacaq".

sia.az

Digər xəbərlər