PDF Oxu

Siyasət

  • 63

Asim Mollazadə: “Ermənistan bütün hüquq normalarını pozur” AÇIQLAMA

Asim Mollazadə: “Ermənistan bütün hüquq normalarını pozur” AÇIQLAMA

"Hesab edirəm ki, erməni politoloq Stepan Qriqoryanın Rusiyanın Azərbaycanı itirməməsi üçün Dağlıq Qarabağın Azərbaycana qaytarılacağını və bununla bağlı hətta Ermənistan prezidenti Serj Sarkisyana təlimatlar verilməsinə dair bəyanatı sırf işğalçı ölkənin maraqlarından xəbər verir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, hələlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyiş yoxdur: "Rusiya tərəfindən Ermənistana hər hansı təzyiq və tələblərin görüntüsü də yoxdur".Deputat əlavə edib ki, Ermənistan tərəfindən mütəmadi davam edən təxribatlara göz yumulmasının əsas səbəbi isə dünyanın bir sıra ölkələrində çox zəngin təşkilatlanmış erməni diaspora təşkilatlarının bu ölkələrin siyasətinə təsir göstərmək gücünə malik olmasındadır: "Məhz ona görə də Ermənistan bütün hüquq normalarını pozur və bununla bağlı heç bir narahatlıq keçirmir".

sia.az

Digər xəbərlər