"Son günlər cəbhədə baş verən təxribatlar birbaşa Ermənistan prezidentinin hərbçilərə verdiyi tapşırıqdan irəli gəlir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.O qeyd edib ki, dəfələrlə belə hallar təkrarlanıb: "Biz bu halları dəfələrlə görmüşük və qətiyyətlə demək olar ki, cəbhədə vəziyyətin gərginləşməsinin, ermənilərin atəşkəsi daha çox pozmasının əsas səbəbi Serj Sarkisyan və Seyran Ohanyanın işğal altında olan Dağlıq Qarabağa səfərləri, orada hərbi müşavirələr keçirmələri və tapşırıqlarından irəli gəlir. Bu cür neqativ hallar regionda sülhə nail olmağı gecikdirir və Ermənistan dövləti bir daha beynəlxalq hüquq normalarına qarşı gəlidiyini bəyan edir".Politoloq bildirib ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar Ermənistan dövlətinə və şəxsən Serj Sarkisyana ciddi təsir göstərməlidir: "Yoxsa, bu gedişlə regionda sülhə nail olmaq olmayacaq və Azərbaycan ordusu işğal altında olan tarixi torpaqlarımızı hərbi yola düşməndən azad edəcək".
sia.az