"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski Amerikanın xarici siyasətinin əsas strateqlərindən biridir. ABŞ-ın xarici siyasi fəaliyyətinin işlənib hazırlanmasında Bzejinski həmişə əsas söz sahiblərindən olub. Həmin şəxs o vaxt SSR-nin, idi isə Rusiyanın qəti əleyhdarı kimi çıxış edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O qeyd edib ki, Zbiqnev Bzejinski gələcəkdə Rusiya ərazilərində ayrı- ayrı dövlətlərin yaradılması strategiyasının da müəllifidir: "Rusiyanın gələcəkdə parçalanaraq, ərazisində 3 böyük dövlətin yaradılması iddiası ona məxsusdur. Bzejinskinin Rusiyanın xarici siyasəti ilə bağlı yanaşmaları demək olar ki, subyektiv xarakter daşıyır. Onun əsas məqsədi bəyanatları ilə Rusiyaya zərər vurmaqdır. Ona görə, Bzejinskinin Rusiyanın Azərbaycana hücum etmə ehtimalları ilə bağlı səsləndirdiyi fikirləri real deyil".Politoloq bildirib ki, bu gün Rusiya ilə Azərbaycan arasında kifayət qədər konstruktiv münasibətlər mövcuddur: "Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında hər hansı ziddiyyətli məsələ mövcud deyil. Buna görə, hesab edirəm ki, Bzejinskinin Rusiyanın Azərbaycana hücum etmə ehtimalı haqqında fikirləri tam əsassızdır".E.Mirbəşiroğlu vurğulayıb ki, Baltikyanı ölkələr NATO-nun üzvüdür və bu hərbi alyans sözügedən ölkələrdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır: "Son dövrlərdə bu addımlar daha da intensiv xarakter alıb. Bu baxımdan həmin istiqamətdə Rusiya da mövqeyini gücləndirir. Rusiyanın müdafiə naziri son çıxışında da qeyd etdi ki, Avropa sərhəddi boyunca Rusiya özünün hərbi arsenalını və dayaqlarını möhkəmləndirməlidir. Bu da ondan xəbər verir ki, Rusiya Avropadan real təhlükə gözləyir. NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın maraqlarına ciddi təhlükə kimi qəbul olunur. Bu gün hərbi-siyasi xarakterli problemlər əsasən Avropa ilə Rusiya arasındadır. Azərbaycanla Rusiya arasında bu kimi problemlər mövcud deyil. İki ölkə arasındakı münasibətlər inkişafa meyillidir. Azərbaycanla Rusiya arasında münaqişəli vəziyyətin meydana gəlməsi real deyil".
sia.az