PDF Oxu

Siyasət

  • 37

XİN rəsmisi: "Üç ölkənin XİN rəhbərlərinin Bakıda görüşü olacaq"

XİN rəsmisi: "Üç ölkənin XİN rəhbərlərinin Bakıda görüşü olacaq"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda görüşünün keçiriləcəyini təsdiqləyib. Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya Azərbaycan XİN-nin sözçüsü Hikmət Hacıyev deyib.Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir. Nazirlik rəsmisi bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

sia.az

Digər xəbərlər