PDF Oxu

Siyasət

  • 65

Oleq Belokonev: MDB ölkələri praktiki hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirməlidirlər

Oleq Belokonev: MDB ölkələri praktiki hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirməlidirlər

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, MDB ölkələri praktiki hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirməlidirlər. Bu fikri Belarus Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Oleq Belokonev martın 28-də MDB-nin iştirakçısı olan ölkələrin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında səsləndirib. O deyib: "Geosiyasi vəziyyətin kəskin dəyişdiyi indiki şəraitində məhz praktiki əməkdaşlıq məsələləri ön plana çıxıb. Biz əməkdaşlıq və yaranan təhlükələrə müqavimət göstərmək mexanizmlərini birlikdə işləyib hazırlamalı, onları təkmilləşdirmək üçün real yollar axtarmalıyıq".MDB-nin iştirakçısı olan ölkələrin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistanın nümayəndə heyətləri iştirak edirlər.

AZƏRTAC

Digər xəbərlər