PDF Oxu

Siyasət

  • 49

Barak Obama Qarabağ münaqişəsinin həlli məqsədilə müzakirələr keçirə bilər

Barak Obama Qarabağ münaqişəsinin həlli məqsədilə müzakirələr keçirə bilər

Müsahibimiz politoloq Arzu Nağıyevdir

Arzu Nağıyev: "ABŞ rəsmiləri bu görüşün baş tutmasında maraqlıdırlar "

- Arzu müəllim, martın 27-dən aprel ayının 2-nə kimi Vaşinqtonda 4-cü nüvə samiti keçiriləcək. Dövlət başçısı İlham Əliyevin də dəvət aldığı sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın da iştirak edəcəyi və prezident Barak Obamanın iki dövlət başçısı ilə Dağlıq Qarabağ danışıqlarını müzakirə ediləcəyi də istisna edilmir. Nəticə gözləmək olarmı?

- Mühüm bir müsbət nəticə gözləmək düzgün olmazdı. Bu görüşün baş tutması özü bir vacib məsələdir. Ermənistan mətbuatının yaydığı məlumatlara görə Azərbaycan Prezidenti İlham Əliyevin Serj Sarkisyanla görüşü də baş tuta bilər və yəqin ki, ABŞ rəsmiləri bu görüşün baş tutmasına maraqlıdırlar. Bu, həm regional münaqişələrin həllində ABŞ-ın marağından, regionda planlaşdırılan iqtisadi layihələrin həyata keçirilmıəsində maraqdan və ən başlıcası nüfuz məsələsindən doğur. Əsas söhbət Obama və onun komandasının özündən sonra gələcək komandaya miras kimi qoyub getdiyi və həllini sona çatdıra bilmədiyi münaqişə ocaqlarından -Türkiyə, Suriya, Ukrayna, Gürcüstan və bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımların atılmamasından gedir. Düşünürəm ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də tək Obama və ya Sarkisyan deyil, bir sıra aparıcı dövlətlərin başçıları ilə görüşləri ola bilər və bu vacib bir məsələdir. Məlumdur ki, dövlət başçımız da bütün görüşlərdə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllini daima ilk plana çəkib.

- Son vaxtlar Ermənistanın müdafiə naziri Seyran Ohanyan tez-tez işğal olunmuş Azərbaycan ərazilərinə gəlir. Cəbhədə vəziyyətin gərginləşməsində və insan tələfatlarının baş verməsində, S.Ohanyanın səfərlərinin nə dərəcədə təsirləri var?

- Məlumdur ki, hər gün istər qoşunların təmas xəttində, istərsə də sərhədyanı rayonlarda atəşkəs pozulur və hər iki tərəfdən, təbii ki, Ermənistan tərəfdən çoxsaylı itkilər verilir. Bu da Ermənistanda iqtidara qarşı böyük narazılıqlarla müşayiət edilir. İstər Ohanyan, istərsə də Sarkisyan başda olmaqla, bu komanda Dağlıq Qarabağ münaqiçşəsi, qan və cinayət üzərindən hakimiyyətə gələnlərdir. Onların da qorxusu, məhz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bilirlər ki, bu məsələ həll edilsə, onlar bir səhra komandirləri kimi etdikləri cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər. Əsas səbələrdən biri budur. Digər tərəfdən Azərbaycan Ordusu hər bir atəşkəsə qarşı düşünülmüş əməliyyatlar keçirir və düşmənin çoxsaylı canlı qüvvə və sursatını sıradan çıxarır. Bu isə ermənilərin havadarlarını da razı sala bilməz və təbbi ki, hesabat tələb olunur.Düşünürəm ki, səbəblərdən başlıcası da budur.

- ABŞ prezidentinin keçmiş maşaviri Zbiqnev Bzejinski bəyan edib ki, "aqressiv siyasət" yürüdən Vladimir Putin Ukraynaya hücumla kifayətlənməyəcək. O, Baltikyanı ölkələrə, Moldovaya, Polşaya və Azərbaycana da hücum edəcək". Belə bir təhlükə varmı?

- Bilirsiniz, bu verilən proqnozların hamısı Rusiyanın hansı siaysəti yeritdiyini dünyaya bəyan etmək üçündür. Məlumdur ki, adıçəkilən dövlətlərin heç biri Rusiyaya vassallıq etmək fikrində deyil. Rusiya və NATO arasındakı gərginlik əsasən Polşa və Baltikyanı ölkələrlə bağlıdır. Eyni zamanda, Türkiyə-Rusiya münaqişəsi də özünün pik nöqtəsindədir. Moldova isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rumıniya ilə danışıqlara gedir. Azərbaycanın bu siyahıda yer alması isə strateji tərəfdaşı olan Türkiyə ilə bağlıdır. Bundan başqa Dağlıq Qarabağ münaqişəsinin də həlli məsələsi bu münasibətə təsir edir. Bütün bu məsələlərə baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini yeritmıəklə qonşuluq və ikitərəfli əlaqələrə də mühüm əhıəmiyyət verir.Məhz buna görə də hazırda Azərbaycan üçün elə bir təhlükənin olması inandırıcı deyil.

GÜLYANƏ

Digər xəbərlər