PDF Oxu

Siyasət

  • 49

Azər Həsrət: “MŞ üzvləri İbrahimbəyovu müdafiə etmir”AÇIQLAMA

Azər Həsrət: “MŞ üzvləri İbrahimbəyovu müdafiə etmir”AÇIQLAMA

"Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyovun Bakıda olduğu zaman Əli Kərimlinin ümumiyyətlə isə MŞ-nın üzvlərinin onunla görüşməkdən imtina etməsi heç də təəccüblü deyil". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, "Milli Şura" Rüstəm İbrahimbəyovu 2013-cü ildə prezidentliyə namizəd kimi ortaya atanda ondan faydalanmaq istəyirdi: "Sadəcə olaraq onların ssenarisi baş tutmadı və R.İbrahimbəyov sonadək bunların oyununda iştirak etmədi və zamanında geri çəkilməyi bacardı. Ona görə də həmin adamlar artıq İbrahimbəyovu onu müdafiə etmirlər. O baxımdan da R.İbrahimyəvov Bakıya qardaşı Maqsud İbrahimbəyovun yas mərasimə gəldiyi zaman MŞ-nın üzvləri nəinki ona maraq göstərmədilər, hətta hesab etmirəm ki ona başsağlığı mesajı versinlər.Bu birdaha sübut edir ki, şurada birləşən adamlar R.İbrahimbəyov kimi ad çıxarmış ziyalıların arxasında gizlənərək zamanında Azərbaycanda siyasi oyunlar çevirməyə cəhd göstəriblər. Təbii ki, bu da alınmayanda həmin adamdan imtina ediblər. Qoy bu yanaşma, münasibət başqa siyasətə dəxli olmayan adamlara da bir dərs olsun ki, bu cür adamların oyununa gəlməsinlər".

sia.az

Digər xəbərlər