"Əslində Suriyada münaqişə davam etməkdədir. Rusiyanın Suriyadan tam çıxdığını iddia etmək olmaz". Bunu SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.O qeyd edib ki, Moskva qarşısına qoyduğu hədəflərə çatıb: "Bundan sonra Rusiya post-sovet məkanına və əsasən də Ukraynaya daha artıq diqqət ayıra bilməsi üçün Suriyada hərbi iştirakını minimuma endirib. Ancaq bu o demək deyil ki, Rusiya Suriyadan çıxıb".V.Zifəroğlu bildirib ki, daha bir diqqət çəkən məqam Türkiyənin İŞİD və PKK-ya qarşı keçirdiyi anti-terror əməliyyatlarıdır: "Hazırda diqqətlər Mosuldadır. Ümumiyyətlə, İraqda son dərəcə maraqlı proseslərin getdiyinin şahidi oluruq. Orada keçirilən aksiyalar, İranın mövqeyi, Tükiyə faktoru, Qərbin münasibəti onu deməyə əsas verir ki, hələ qarşıda ciddi proseslər baş verəcək".
sia.az