"Bu cür görüşlərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə birbaşa da olmasa, dolayı yollarla təsiri mümkündür". Bu fikirləri SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında ikitərəfli görüşün keçirilməsinə münasibət bildirərkən deyib.Ekspert bildirib ki, Vaşinqtonda baş tutmuş ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş həm əhəmiyyətli, həm də yaxın perspektivdə öz müsbət nəticələrini verə biləcək hadisə kimi dəyərləndirilə bilər: "Nəzərə alsaq ki, belə tipli görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər mühüm cari və perspektivli məsələlər müzakirəyə çıxarılır. Azərbaycan nümayəndə heyətininin rəhbəri, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO sistemini dərindən bilən çox təcrübəli mütəxəssis olduğuna görə, hesab edirəm ki, bu görüşün də müsbət nəticələri olacaq".
sia.az