PDF Oxu

Siyasət

  • 57

Millət vəkili: "Erməni diasporu çalışacaq ki, hüquq pozuntularını gizlətsin" AÇIQLAMA

Millət vəkili: "Erməni diasporu çalışacaq ki, hüquq pozuntularını gizlətsin" AÇIQLAMA

"Ermənistan Beynəxalq Cinayət Məhkəməsinin üzvü deyil. Bu ölkə müvafiq sazişi imzalamayıb. Bu səbəbdən Ermənistanın "İrs" partiyasının sədri Raffi Ovannisyan ona və tərəfdarlarına verilən işgəncə ilə bağlı Serj Sarkisyanı Haaqa məhkəməsinə verə bilməyəcək. Ancaq onlar başqa variantlardan istifadə edə bilərlər". BunuSİA-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Deputat qeyd edib ki, R.Ovannisyan və tərəfdarları Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqlarından istifadə edə bilərlər: "Ancaq məlumdur ki, Avropada fəaliyyət göstərən zəngin erməni diasporu Ermənistanda olan insan hüquqları pozuntularını ört-basdır edir. Onlar yenə çalışacaqlar ki, bu ölkədə olan hüquq pozuntularını müxtəlif vasitələrlə gizlətsinlər".

sia.az

Digər xəbərlər