"Artıq 23 ildir ki, müxalifət birlik axtarışındadır. Bu yolda kiçik intiriqalar böyük ideyaların reallaşmasına imkan vermir. Ona görə də 23 ildir müxalifət axtardığını tapa bilmir ki, bilmir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin sədr müavini Ehtiram Mehdiyev Cəmil Həsənlinin Milli Şuradan istefa verməsinə münasibətini bildirərkən deyib.Sədr müavini bildirib ki, Milli Şuranı yaradanlar sədr seçə bilmirdi: "Bu ərəfədə AXCP rəyasət heyətinin üzvlərinin birinə, "sizcə sədr kim olacaq" sualını vermişdim. O isə cavabında "darıxma, sədr bizim adamlardan olacaq" demişdi. Elə o gündən bu birliyin ölkəyə, xalqa deyil, kimlərinsə şəxsi mənafelərinə xidmət edəcəyi məlum idi. Bu gün milli olmayan şuraya, milli yox Əli Kərimli şurası adı verilməsi daha düzgün olardı. Bu şurada hansısa milli ideyadan söhbət belə gedə bilməz. Orada yalnız Əli Kərimlinin mütəşəkkil komandası və onların çıxardıqları oyunlar var. Ona görə də zamanla bura qoşulan təşkilat, partiyalar və ictimai fəallar başa düşdülər ki, qurumda heç bir perspektiv yoxdur. Verilən hər qərarın əslində şəxsi ambisiyalara xidmət edən çirkin bir oyun olduğunu anlayanlar istefa verdilər".Ehtiram Mehdiyev əlavə edib ki, Milli Şuranın xaricdən maliyələşdiyi hər kəsə məlumdur: "Maliyyənin kəsilməsi isə şurada gərginliyə səbəb oldu ki, bu da intriqaların pik həddə çatması ilə müşahidə edildi. Seçkilərdə ən zəif nəticə qazanan Əli Kərimli isə özü nüfuzdan düşdüyü üçün, çalışıdı ki, Cəmil Həsənlini də cəmiyyətdə hörmətdən salsın. Düşünürəm ki, Əli Kərimli öz istəyinə nail ola bildi. Bundan sonra Cəmil Həsənlinin Əli Kərimli şurasından istefa verməsi heçnəyi dəyişməyəcək. Cəmil Həsənlinin bu çirkin oyunda rol alması onun siyasi imicindən daha çox ziyalılığına zərbə oldu. Onu da xatırladaq ki, bu, Cəmi Həsənlinin ilk istefası deyil. Hətta o vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından da Əli Kərimliyə görə istefa vermişdi".
sia.az