PDF Oxu

Siyasət

  • 47

Deputat: "Torpaqlar təyinatı üzrə istifadə olunmur" MÖVQE

Deputat: "Torpaqlar təyinatı üzrə istifadə olunmur" MÖVQE

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Novruzəli Aslanov torpaqların alqı-satqı müqavilələrində olan boşluqla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.SİA-nın xəbərinə görə, bu barədə komitənin bu gün keçirilən iclasında çıxış edən N.Aslanov söyləyib ki, torpaqların alqı-satqı müqavilələrində torpaqlara qulluq edilməsi, eroziyadan, təbiət hadisələrindən qorunması icbari xarakter daşımalıdır."Çox təssüf ki, indiki qanunvericilikdə bu icbari xarakter daşımır. Ona görə də kəndlilər onlara verilən pay torpaqlarına qulluq etməkdə maraqlı deyillər"- deyə komitə üvzü qeyd edib.Deputat Cavanşir Paşazadə hektarlarla torpaqların təyinatı üzrə istifadə olunmadığını dilə gətirib.O deyib ki, kəndlilər olara aid olan torpaqları pay torpaqları kimi görmür: "Bu gün Cənub zonasında insanlar onlara təyinatı üzrə verilən torpaqları özlərinin pay torpağı kimi görmürlər. Çünki zaman keçdikcə kimin gücü çatıbsa başqalarının torpağını zəbt edib".Deputat Tahir Süleymanov torparların qeyri-qanuni zəbt olunmasından danışıb: "Şabranda 100 hektarlarla torpaq müəyyən şəxslər və ictimai təşkilatlar tərəfindən alınıb və hələ də istifadə olunmur. Şabran və Siyəzən rayonunda hektarlarla torpaqlar zəbt olunub, hasarlanıb, bəzi yerlərdə isə kənd təsərrüftaı üzrə deyil, başqa təyinatlar üzrə istifadə olunur. Bu baxımdan hesab edirəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yerlərdə monitorinq aparmalıdır.

sia.az

Digər xəbərlər