"Dövlət səviyyəsində hər il mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü elan olunması tarixi yaddaşımıza işıq salaraq xalqın milli oyanış və vətənpərvərlik ruhunun formalaşmasında əvəzsiz rol oynayıb". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov 31 mart Azərbaycanlıların soyqırımı gününə münasibət bildirərkən deyib.Seymur Orucov bildirib ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində onu gözü götürməyən düşmən qüvvələr tərəfindən təcavüz və təzyiqlərə məruz qalıb: "Çörəyimizdən yeyib suyumuzdan içən, qoynumuzu açdığımız erməni mənfurlarının xəyanətkarlığının, dəstəyinə güvəndiyi qüvvələrlə birgə təcavüzünün nəticəsidir ki, təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinst erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalıb. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilib. Ulu öndər Heydər Əliyevin imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında" 18 dekabr 1997-ci il tarixli və "Azərbaycanlıların soy¬qırımı haq¬qında" 26 mart 1998-ci il tarixli fərmanları erməni qaniçənlərinin tarix boyu xalqımızın başına gətirdikləri müsibətlərin araşdırılması, tarixi keçmişimizə daha həssas müna¬sibətin formalaşması baxımdan böyük əhəmiyyətə malikdir.".Onun sözlərinə görə, gənclik öz tarixini yaxşı bilməlidir ki, ondan həm dərs götürə bilsin, həm də qürur duysun: "Azərbaycan gəncliyi tarixini, qan yaddaşını unutmur, dostunu, düşmənini çox yaxşı tanıyır. Ölkə gəncliyinin böyük bir hissəsini öz ətrafında birləşdirən YAP Gənclər Birliyi təkcə 31 mart Azərbaycanlıların soyqırımı həqiqətlərinin deyil, tariximizdə xüsusi önəmə sahib və dərin iz buraxan gerçəkliklərimizin təbliği istiqamətində də fəaliyyətini bundan sonra da davam etdirəcək".
sia.az