Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət orqanları ilə KİV arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, habelə ölkədə fəaliyyət göstərən 20-dək aparıcı KİV rəhbərləri iştirak edirlər. Konfransda Fondun media ilə dövlət qurumları arasında əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən, habelə "Azərsu" ASC-nin su təsərrüfatının inkişafı, bu sahədə infrastrukturun müasirləşdirilməsi sahələrində gerçəkləşdirdiyi tədbirlərdən ətraflı söhbət açılıb, habelə media rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
sia.az