PDF Oxu

Siyasət

  • 71

Gənc siyasətçilər Tbilisiyə toplaşıb

Gənc siyasətçilər Tbilisiyə toplaşıb

30-31 mart tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən "Cənubi Qafqazın və Ukraynanın gənc siyasətçilərinin IV Forumu"nda Azərbaycanın müxtəlif partiyalarını təmsil edən gənclər də iştirak edir.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyindən verilən məlumata görə, forumda YAP GB Ofisinin koordinatoru Ümid Abuzərli "Cənubi Qafqazda və Ukraynada yerli özünüidarəetmə orqanlarının rolunun artırılması" mövzusunda çıxış etmişdir.

Vurğulanıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı partiyadır, eyni zamanda beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı Məmmədbağır Məmmədov isə "Ümumi forumun məqsədi və nəticəsi" mövzusunda məruzə ilə tədbirdə çıxış edib.

Forumda Azərbaycandan, həmçinin "Ümid" Partiyası, AXCP, Demokratik İslahatlar Partiyası, Müsavat, Milli Dirçəliş Hərəkatı Partiyası, Vətəndaş Həmrəyliyi Partiyasının və digər siyasi partiyaların nümayəndələri iştirak edib.

Qeyd edək ki, forumun əsas məqsədi gənc siyasətçilər arasında təcrübə mubadiləsinin təşkilidir.

RƏFİQƏ

Digər xəbərlər