PDF Oxu

Siyasət

  • 71

Elvin Aslanov: “31 Mart hadisələrini gənclərə düzgün anlatmaq lazımdır” MÜNASİBƏT

Elvin Aslanov: “31 Mart hadisələrini gənclərə düzgün anlatmaq lazımdır” MÜNASİBƏT

"31 Mart Soyqırımı Azərbaycanın tarixinin qanlı səhifəsi olmaqla yanaşı, xalqımıza qarşı erməni daşnaklarının etdiyi vəhşiliklərin də başlanma nöqtəsidir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbələr Birliyinin (ATB) sədri Elvin Aslanov 31 mart Azərbaycanlıların soyqırımı gününə münasibət bildirərkən deyib.Elvin Aslanov bildirib ki, biz bu hadisədən yetərincə dərs çıxara bilsəydik, sonradan Qarabağ problemi ortaya çıxmazdı: "Amma burada Sovet ideologiyası və propaqandasının da öz yeri var. 31 Mart hadisələrini gənclərə düzgün anlatmaq və onlara erməni xislətinin nə olduğunu daha açıq izah etmək lazımdır. Bununla da biz gələcəkdə başqa soyqırımların olmasının qarşısını ala bilərik".O qeyd edib ki, biz sülh tərəfdarı olsaq da, xalqımıza qarşı edilənləri unutmaq kimi niyyətimiz yoxdur: "Əgər belə bir soyqırımı törədən millət indi də Azərbaycan torpaqlarını işğal edib və ərazi iddiasını davam etdirirsə, o zaman bizim sülh tərəfdarı olmamızın bir mənası qalmır. Məhz bu prizmadan baxdıqda gələcək nəsillərin düzgün maarifləndirilməsinin önəmini anlayarıq".

sia.az

Digər xəbərlər