"Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş təbliğat aksiyası keçirib.AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın nəşr etdiyi Henrix Tomsonun "Bakı xatirələri. 1914-1921-ci illər" kitab və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müxtəlif dillərdə erməni terrorizmini əks etdirən maraqlı nəşrləri nümayiş etdirilib.Qeyd edək ki, kitab ictimai birlik tərəfindən reallaşdırılan "31 mart - Azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə kitabın nəşri" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə nəşr edilib.Aksiyada nümayiş etdirilən kitablar iştirakçılara pulsuz verilib.
AZƏRTAC