PDF Oxu

Siyasət

  • 69

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda niyə görüşmədi? MÜNASİBƏT

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda niyə görüşmədi? MÜNASİBƏT

"Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin yüksək səviyyədə iştirakına baxmayaraq bu iki münaqişə tərəfləri arasında görüşlərin olmayacağı öncədən bəlli idi". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşməməsinə, eyni zamanda Ceyms Uorlikin Eduard Nalbadyanla ayrılıqda görüşməsinə münasibət bildirərkən deyib.O bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlik hələ sammit öncəsi bu barədə açıqlamalar verib: "Baxmayaraq ki, ABŞ görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli problemini diqqətdə saxladığını tərəflərlə məsləhətləşmələr aparmaqla göstərdi. Azərbaycan prezidentinin Xarici İşlər Nazirliyinin binasında Con Kerri ilə keçirilən görüşündə Dağlıq Qarabağla yanaşı Naxçıvanın da blokada problemi müzakirə edilib. Danışıqların əsas ana xətti Cənub Qaz Dəhlizinin Azərbaycan ərazisindən keçən marşrutu ilə əlaqədər olub. Azərbaycan tərəfi qaz magistralını hazırda işğal altında olan rayonların ərazisindən keçirmək niyyətindədir. Belə bir çətin layihənin həyata keçməsi üçün isə ABŞ-ın siyasi iradəsi əsasdır. Bu şəraitdə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü hər hansı məsələnin həll edilməsi yaxud müsbət qərarların verilməsi ilə nəticələnə bilməzdi".Politoloq qeyd edib ki, yaranmış yeni situasiyanı dəyərləndirmək üçün tərəflərlə ayrılıqda görüşlər keçirilməli və danışıqların gələcək prespektivini müəyyən etmək gərəkdir: "Bu səbəbdən də Ceyms Uorlikin Nalbandyanla görüşünə başqa həmsədr ölkələrin nümayəndələrinin qatılmamasını normal qarşılamaq olar. Fransa və Rusiyanın problemin əvvəlindən mövqeləri bəlli olduğu üçün onların bu görüşlərə qatılması ilə Qarabağ probleminin həlli istiqamətində heç bir əhəmiyyətli təsirin olmayacağı da bəllidir".

sia.az

Digər xəbərlər