PDF Oxu

Siyasət

  • 112

Araz Aslanlı: “Azərbaycan ABŞ-dan münaqişənin həllində konkret töhfələr gözləyir” AÇIQLAMA

Araz Aslanlı: “Azərbaycan ABŞ-dan münaqişənin həllində konkret töhfələr gözləyir” AÇIQLAMA

"Prezident İlham Əliyevin ABŞ-a dəvəti və keçirdiyi görüşlər Azərbaycan xarici siyasətinin mahiyyətindən və ardıcıllığından qaynaqlanır". Bunu SİA-ya açıqlamasında "Qafqaz" Beynəlxalq Münasibətlər və Stateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, analitik Araz Aslanlı deyib.O bildirib ki, Azərbaycan hazırda balanslaşdırılmış xarici siyasət kursu yürüdür, amma əvvəllər bu kursun doğru olmadığını düşünənlər də var idi: "Belə düşüncədə olanlar yanıldılar. Sonra fikirlər ortaya çıxdı ki, bu kurs doğrudur, amma 2008-ci ilin avqust hadisələrindən sonra, ya da hazırkı beynəlxalq və regional konyekturada bunu davam etdirmək mümkün deyil. Bu doğurdan da asan deyil və risklər daim mövcuddur. Amma fakt budur ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bunun əsasında da enerji siyasəti dayanır".Araz Aslanlı qeyd edib ki, Azərbaycan Xəzər hövzəsindəki təbii ehtiyatlarının azad şəkildə istehsalını və dünya bazarlarına çıxarılmasını məqsəd kimi müəyyən edib: "Bu istiqamətdə ciddi nəticələr əldə edilib, amma davam edən layihələr də var. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində ciddi töhfələr verir. Bu Avropa ölkələri ilə yanaşı ABŞ-ın da strateji maraqlarına uyğundur. Bu sahəyə töhfə verməklə Azərbaycan sadəcə təbii ehtiyatlarını sataraq maliyyə imkanları qazanmır, eyni zamanda siyasi və digər əməkdaşlıqlarını da gücləndirir. Amma bundan narahat olan dövlətlərin hədəfinə də çevrilir. Bunun qarşılığında təbii ki, müttəfiqlərindən, əməkdaşlıq etdiyi dövlətlərdən müəyyən gözləntiləri də var. Bu gözləntilərin başında Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verilməsi gəlir".Mərkəz rəhbərinin sözlərinə görə, Azərbaycan prezidentiylə son görüşləri zamanı yüksək səviyyəli ABŞ rəsmiləri yenə ölkəmizin ərazi bütövlüyünə dəstək verən bəyanatlar verdilər: "Bunlar əhəmiyyətlidir, amma Azərbaycanın haqlı olaraq gözlədiyi sadəcə bəyanatlar deyil, işğalın qeyd-şərtsiz və dərhal aradan qaldırılması üçün daha konkret töhfələr, o cümlədən də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasıdır. Bu istiqamətdə ABŞ-dan bəzi kiçik səylərin şahidi olmuşuq. Ümid edək ki, bu səylər daha da artacaq. Amma 2016-cı il üçün bu istiqamətdə hansısa bir möcüzə gözləmirəm".

sia.az

Digər xəbərlər