PDF Oxu

Siyasət

  • 106

Fazil Mustafa: “Ordumuz ermənilərin təxribatlarını puça çıxaracaq”

Fazil Mustafa: “Ordumuz ermənilərin təxribatlarını puça çıxaracaq”

"Azərbaycan ordusunun qazandığı uğurlardan sonra ermənilərin revanş hissi ilə yaşayacaqları gözlənilən idi. Ona görə də ordumuz cəmiyyətin dəstəyi ilə öz uğurlu addımlarını davam etdirməli və ermənilərin bu hisslərini puça çıxartmalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, bu müharibənin əsas prinsipal məqamı düşməni arzu etdiyi məsələlərdə sərt şəkildə geri oturtmaq və onun üstünlük qazanmasına imkan verməməkdən ibarətdir: "Cəmiyyət ordumuzu dəstəkləyir və bu məsələdə mövqemiz davam etməlidir. Ordumuz kifayət qədər potensiala malikdir. Azərbaycan ordusu hər zaman olduğu kimi, ermənilərin bu dəfəki təxribatlarını da puça çıxara biləcək. Biz də buna yeni qələbələrlə sevinəcəyik".Ermənistanın atəşkəs rejiminə məhəl qoymaması ilə bağlı fikirlərini bildirən F. Mustafa söyləyib ki, düşmən tərəfinin bu cür addım atacağı proqnozlaşdırıla bilərdi: "Ermənistan Qərbin ərköyün uşağıdır. Biz bu prosesdə ermənilərin ifşa olunması üçün mübariz çalışmalarımızı davam etdirməliyik. Əks halda ermənilərin bu cür niyyətlərinin olduğunu dünyaya sübut etməkdə çətinlik çəkərik. Dünya Azərbaycanın bitərəfli qaydada atəşkəs élan etdiyini görür. Lakin Ermənistan bununla razılaşmaq istəmir. Əsas günahkar Ermənistandır. Bu məsələdə mövqeyimiz onların daha çox ifşa olunmasına yönəlməlidir".

sia.az

Digər xəbərlər