"Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa verənlərin azad Azərbaycan naminə partiya yaratmasından daha çox vacib məsələlər var. Ona görə də partiyaların yeni strukturunun yaradılması o qədər də diqqətçəkən məqam deyil". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan ictimaiyyətini, iqtidar və müxalifəti ümumiyyətlə hər kəsi maraqlandıran cəbhədə baş verən hadisələrdir: "Arzu edirik ki, Azərbaycan ordusu başlatdığı uğuru, əməliyyatı tam qalibiyyətlə sona çatdırsın".O əlavə edib ki, əgər kimsə partiya yaratmaq və onun sədri olmaq istəyirsə buyursun etsin: "Şübhə etmirəm ki, bütün bunların arxasında Qərbin siyasi dairələri dayanır. Əslində Qərbin Azərbaycanda siyasi partiyaların inkişafında marağı yoxdur. O mənada Qərbin burada hansısa rolundan danışmağı absurd hesab edirəm".
sia.az