Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında "Gənclərdə vətənpərvərlik ruhunun aşılanması" mövzusunda tədbir keçirilir.SİA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-nın Sədr müavini, İcra katibi Əli Əhmədov, hakim Partiyanın İcra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak edib.Gənclərlə görüşdə bildirilib ki, gənclərimiz öz biliyi, vətənpərvərliyi ilə Azərbaycanı dünyada layiqli təmsil etmək və ölkəmizin adını yüksəklərə qaldırmaq imkanlarına malikdir. Gənclər vətəni sevməli, vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmalıdırlar. Eyni zamanda, gənclər öz davranışları ilə həm Azərbaycanın uğurlarının artmasına kömək etməli, həm də, imicinin dünyada daha da yüksəlməsinə öz töhfələrini verməlidirlər.
sia.az